Sabiq "Qarabağ"lı "İnter"lə oyunu xatırladı

16:45 - 3 May 2018

“Qarabağ”da olarkən “İnter”lə “San Siro”da qarşılaşmışdıq. Milanda çox güclü oyunçularla üz-üzə gəldik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Leroy Corc deyib.  Avstraliyanın “Melburn Viktori” klubunda çıxış edən Surinam əsilli hollandiyalı yarımmüdafiəçi "Qarabağ”ın heyətində 2014/2015 mövsümündə İtaliyada “İnter”lə keçirdikləri matçdan söz açıb. 31 yaşlı yarımmüdafiəçi həmin görüşü unuda bilmədiyini söyləyib: "Həmin görüşdə məğlub olsaq da, yaxşı mübarizə aparmışdıq. Mən də yaxşı çıxış etmişdim. Ancaq nəticə ürəyimizcə olmamışdı".

 

Leroy Corc 2013-15-ci illərdə "Qarabağ"da oynayıb. Ağdam klubundan ayrıldıqdan sonra o, müxtəlif vaxtlarda Türkiyənin "Göztəpə" və "Adana Demirspor" komandalarında çıxış edib.

Xəbər xətti