"Barselona" forması geyinən Andres İnyesta addım-addım Çinə gedir.
Sportal.az xəbər verir ki, "Barselona"dan ayrılacaq təcrübəli oyunçunun Çinə transfer olacaq. İspaniya millisinin üzvü Çin Super Liqa komandalarından olan "Çunçin Lifan" klubundan 3 illik müqavilə üçün 81 milyon avroluq fantastik təklif alıb. Çinlilərin radarına düşən 33 yaşlı ulduz futbolçu bu təklifə müsbət yanaşır.
Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
saytlarin hazirlanmasi