İldırım vuran futbolçunun həyatını xilas etmək mümkün olmadı

14:58 - 5 May 2018

Cənubi Afrika Respublikasında futbolçu ölümü qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, bu ölkənin Super Liqasında keçirilən “Maritsburq Yunayted” - “Arsenal” oyununda birincilərin hücumçusu Luyanda Ntşanqaseni ildırım vurub.

 

Hadisə martın 1-də baş verib. Bədbəxt hadisə zamanı futbolçu komaya düşüb. İki ay bu vəziyyətdə xəstəxanada yatan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

 

Bu barədə məlumatı klubun saytı yayıb: “Böyük potensialı olan gənc futbolçumuzun ölümündən çox təsirlənmişik. Klubumuz adından Luyanda Ntşanqasenin ailəsinə dərin hüznlə başsağlığı veririk”.

 

Oyun zamanı “Arsenal”ın da üç futbolçusunu ildırım vursa da, həmin oyunçuların sağlamlığında ciddi problem yaşanmayıb.

Xəbər xətti