"Neftçi" Topaz Premyer Liqasının 26-cı turunda "Qarabağ"a səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların hücumçusu Lukas Qomes jurnalistlərə müsahibə verib. Argentinalı forvard öncə oyun barədə danışıb:
- Çətin olacağını bilirdik, çünki çempiona qarşı oynayırdıq. Sona qədər mübarizə apardıq və sevinirəm ki, üç xal bizim oldu.
- Oyunun sonlarında qol epizodunu əldən verdin.
- Əlbəttə, üzüldüm ki, həmin anı qola çevirə bilmədim. Üzərimdə çox çalışacam ki, növbəti görüşlərdə belə fürsətləri qola çevirim. Buna baxmayaraq, üç xal qazandığımıza görə çox sevinirim. Buradan pozitiv ayrılıram.
- “Neftçi”yə uyğunlaşmaqda çətinlik çəkdiyiniz hiss olunur…
- Bilirəm ki, mən çox tənqid olunuram. Çünki legioner kimi bu ölkəyə top qovmağa gəlmişəm. Məndən ikiqat tələb var. Əvvəlki oyunlara baxsaq, 8-10 dəqiqə meydanda olmuşdum. Bu gün isə oynmaq şansım daha çox idi. Bu gün isə baş məşqçi mənə çox şans verdi. Qol vurmasam belə, çalışıram ki, komanda üçün faydalı olum.
- Tənqidlər sənə psixoloji cəhətdən necə təsir edir?
- Peşəkar futbolçu yaxşı və pis oynayanda da tənqidlərə açıq olmalıdır. Bunu normal qarşılayıram. Öz üzərimdə çalışmağa davam edəcəm.
- “Neftçi”də gələcək perspektivini necə görürsən?
- Hələ 6 aylıq müqaviləm var. Çalışacam ki, öz üzərimdə çalışmağa davam edim. Ondan sonra qərarı klub verəcək.
- Saç düzümünü dəyişmisən. Bunun sənə uğur gətirəcəyini düşünərək etmisən?
- Dəyişdim ki, bir az maraqlı olsun. Fikir verirəm ki, mənə çox maraqla baxırsız.
saytlarin hazirlanmasi