Qış fasiləsində "Qarabağ"dan Çinin "Hançjoy Qrintaun" klubuna transfer olunan Dino Ndlovu yeni komandasında növbəti dəfə fərqlənib.
Sportal.az xəbər verir ki, cənubi afrikalı hücumçu I Divizionun 9-cu turunun “Uxan Çjoer”lə matçda (2:2) penaltidən fərqlənib.
Qeyd edək ki, Dino 9 turdan sonra 8 qol vurub. "Hançjoy Qrintaun" isə 15 xalla turnir cədvəlində beşincidir.
saytlarin hazirlanmasi