Latviya yığmasının yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, millinin "sükanı arxası"na Miksu Paatalaynen keçib. O, bu vəzifədə Aleksandr Starkovu əvəzləyib. Finlandiyalı mütəxəssislə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuna qədər müqavilə imzalanıb. Latviya yığması öz qrupunda birinci yeri tutsa, 51 yaşlı çalışdırıcı ilə müqavilə AÇ-2020-nin seçmə mərhələsinin sonunadək uzadılacaq.
Miksu Paatalaynen Finlandiya yığmasının, "Haybernian", "Kilmarnok" və "Dandi Yunayted" klublarına da baş məşqçisi olub.
Qeyd edək ki, Latviya yığması iyunun 9-da Riqada “Dauqava” stadionunda Azərbaycan millisi ilə yoxlama oyunun keçirəcək.
saytlarin hazirlanmasi