"Qələbə qazanmaq hər zaman xoşdu. "Qarabağ"a qarşı komanda şəkilində yaxşı oyun nümayiş etdirdik. Qarşımızdakı rəqibə baxmayaraq, hər oyuna ciddi hazırlaşırıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Keşlə"nin futbolçusu Vaqif Cavadov Topaz Premyer Liqasının XXVII turunda "Qarabağ"a qalib gəldikləri matçdan sonra deyib.
O, "Qarabağ"ın güclü rəqib olduğunu söyləyib: "Bəzi futbolçular "Qarabağ"la oyunlarda özlərini Qurban Qurbanova sübut etməyə çalışırlar. Biz hər oyuna həvəslə çıxırıq. "Qarabağ" mövsümün çempionudu və güclü rəqibdi. Bunu dərk etdik və matça ciddi hazırlaşdıq. Oyundan-oyuna komandamız öz gücünü daha da artırmağa çalışırq".
Cavadov milli komandaya qayıtmaq şanslarını dəyərləndirib: "Özümü heç kimə sübut etmək niyyətində deyiləm. Öz oyunumu oynayıram. Milli komandada canla-başla çıxış etməyə hazıram. Təbii ki, əsas qərarı baş məşqçi Qurban Qurbanov verəcək".
saytlarin hazirlanmasi