Millimizin yarımmüdafiəçisi Araz Abdullayev Kiprin "Anortosis" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, Famaqusta təmsilçisi icarə müddəti başa çatan futbolçuya görə onun müqavilə ilə məxsus olduğu "Qəbələ"yə müraciət etməyəcək. Abdullayev "qırmızı-qaralar"a geri dönəcək.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi "Anortosis"də 29 oyuna 3 qol vurub. "Anortosis" isə mövsümü 3-cü pillədə tamamlayıb.
saytlarin hazirlanmasi