I Divizionda 5-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanan "Sabah" klubunda ayrılıq baş verib.
Sportal.az xəbər verir ki, paytaxt klubu baş məşqçisi Arif Əsədovla yolları ayırıb. Klubla mütəxəssis arasında əldə olunan qarşılıqlı razılığa əsasən, müqavilənin müddətinin artırılmamasına qərar verilib.
Qeyd edək ki, Arif Əsədov mövsümün əvvəlindən "Sabah"ı çalışdırırdı.
saytlarin hazirlanmasi