Arif Əsədov ayrılığın səbəbini açıqladı: "Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi"

13:49 - 15 May 2018

I Divizionda 5-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanan "Sabah" baş məşqçisi Arif Əsədovla başa çatan müqaviləni uzatmayıb.

 

Paytaxt klubundan ayrılan təcrübəli mütəxəssis Sportal.az saytına açıqlamasına ayrılığın səbəbini açıqlayıb:

 

"Mövsümün sonunda müqaviləm başa çatmışdı. Yeni saziş üçün klubla danışıqlar oldu, lakin anlaşma olmadı. Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Bu detalları isə tam şəkildə açıqlamaq doğru olmazdı".

 

Arif Əsədov "Sabah"a Premyer Liqada uğurlar arzulayıb:

 

 "Başqa təkliflər yoxdu. Klubdan bu gün ayrıldım. Gələcək taleyimi zaman göstərəcək. Sabah"a isə uğurlar arzu edirəm".

 

Xəbər xətti