Azarkeşlər baş məşqçi ilə futbolçuları döydü

01:08 - 16 May 2018

Portuqaliyanın “Sportinq” klubunun məşqində qalmaqal baş verib.

 

Sportal.az xəbər verir ki, komandanın Çempionlar Liqasına vəsiqə əldə edə bilməməsinə qəzəblənən kluubun azarkeşləri hirslərini soyutmaq üçün məşqə hücum ediblər. Komadanın bazasına gələn bir qrup fanat baş məşqçi Joeje Jezuş başda olmaqla, futbolçular - Bas Dost, Akuna, Rui Patrisiu, Villian Karvalyu və Rodriqo Battalyanı döyüblər. Dava zamanı komandanın hollandiyalı hücumçusu Bas Dost başından xəsarət alıb.

 

"Sportinq" isə hadisə ilə bağlı bəyanat yayıb: "Sportinq" bu deyil, bu, ola bilməz. Bunu edənlərin cəzalandırılması üçün hər şey edəcəyik".

 

Xəbər xətti