"Qəbələ" Azərbaycan kubokunun finalında "Keşlə" ilə qarşılaşacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar"ın rəhbərliyi final oyunu üçün böyük mükafat qoyub. "Qəbələ" "Keşlə"ni məğlub edəcəyi təqdirdə, start heyətdə yer alan hər bir futbolçuya 20 min manat "premya" veriləcək.
Qeyd edək ki, "Qəbələ" tarixində ölkə kubokunu qazanmayıb.
Sözügedən görüş mayın 28-də, Qəbələ şəhər stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.
saytlarin hazirlanmasi