Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilovun Azərbaycanla keçiriləcək yoxlama oyunu üçün yığmaya dəvət etdiyi 12 futbolçunun adı bəlli olub.
Sportal.az xəbər verir ki, mütəxəssis "Astana"dan 11 futbolçuya dəvət göndərib. Qapıçılar - Nenad Eriç, Aleksandr Mokin, müdafiəçilər - Sergey Malıy, Yuri Loqvinenko, Dmitri Şomko, Evgeni Postnikov, Abzal Beysebekov, yarımmüdafiəçilər - Serikjan Muşikov, Baktier Zaynutdinov, - hücumçular Roman Murtazayev və Aleksey Şetkin yığmaya çağırılıblar. Bundan başqa, "Atırau"nun hücumçusu İqor Zenkof da milliyə çağırılıb.
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan görüşü iyunun 5-i Astanada keçiriləcək.
saytlarin hazirlanmasi