Bu gün başa çatan mövsümdə “Qəbələ”nin heyətində vurduğu 13 qolla Topaz Premyer Liqasının bombardiri olan Baqali Dabo brifinq keçirib.
Sportal.az xəbər verir ki, fransalı hücumçu öncə mövsümü dəyərləndirib:
- Ümumi mövsüm haqqında danışırıqsa, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi. Amma ümumilikdə bu da pis nəticə deyil.
- Gümüş medalla yanaşı, bombardir də olduz. Bu mükafat sizin üçün nə dərəcədə dəyərlidi?
- Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidi. Çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.
- Vurduğun qollardan hansını fərqləndirərsən?
- "Səbail”ə vurduğum ilk qolu deyərdim. Ancaq "Neftçi" ilə kubok görüşündəki qolla xüsusi önəm kəsb edirdi. Çünki finala adladıq.
- "Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsən?
- Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz - kubokun finalı var. Ondan sonra biləcəm. Gələcək planlarımı kubokun finalından sonra düşünəcəm.
saytlarin hazirlanmasi