"Keşlə"nin müdafiəçisi Slavik Alxasov ilk dəfə milli komandaya dəvət alıb.
Bu mövsüm inamlı oyun sərgiləyən 25 yaşlı futbolçu Sportal.az saytına açıqlama verib. Alxasov bu dəvəti gözlədiyini deyib:
"Milliyə dəvət aldığım üçün çox sevincliyəm. Mənə şans verdikləri üçün təşəkkür edirəm. Bu dəvəti gözləyirdim".
Slavik Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaqları oyuna da toxunub:
"Kubokun finalına ciddi şəkildə hazırlaşırıq. Oyun çətin keçəcək. İstəyirik ki, qalib gələn tərəf biz olaq və avrokuboklara yollanaq".
saytlarin hazirlanmasi