Fərhad Vəliyev karyerasını başa vurub? AÇIQLAMA

15:15 - 22 May 2018

"Sumqayıt"la müqaviləsi başa çatan Fərhad Vəliyev Sportal.az-a açıqlama verib.

 

37 yaşlı qapıçı butsılarını mıxdan asmadığını bildirib. İllərin təcrübəsi karyerasını davam etdircəyini söyləyib:

 

“Xeyr, karyeramı başa vurmamışam. Hələ ki gözləyirəm. “Sumqayıt”la sözləşməm başa çatıb və yeni müqavilə təklifi gözləyirəm. İstəyirəm ki, iki il də futbol oynayım. Bunun üçün gücüm də var. Təklif olsa, karyeramı davam etdirəcəm. “Sumqayıt”dan təklif gözləyirəm. Rəhbərliyin qərarını gözləyirəm”.

 

Millimizin sabiq üzvü "Sumqayıt"la müqaviləsini uzatmayacağı halda, digər təkliflər üzərində düşünəcəyini deyib:

 

“Sumqayıt”dan təklif olmasa, başqa variantlara baaxcam. Digər komandaların təkliflərinə nəzər yetirəcəm. Təklif olsa, karyeramı davam etdirəcəm”.

 

Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb.

Xəbər xətti