Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

16:07 - 22 May 2018

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Julen Lopeteqinin müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə 2020-ci ilə kimi yeni sözləşmə imzalanıb.

 

Xatırladaq ki, Lopeteqi 2016-cı ildən millini çalışdırır.

Xəbər xətti