Serbiyalı yarımmüdafiəçi Milan Duriçin "Zirə" ilə müqaviləsi başa çatıb.
Sportal.az saytına açıqlama verən 30 yaşlı yarımmüdafiəçi müqaviləni hələ uzatmadığını deyib:
"Yeni müqavilə imzalamamışam. Hazırda azad agentəm. Gələcəkdə nə olacağını birlikdə görəcəyik".
Qeyd edək ki, Duriç 2016-cı ildən "qartallar"da çıxış edir. O, cari mövsüm Topaz Premyer Liqasında 22 oyun keçirib və 5 qola imza atıb.
saytlarin hazirlanmasi