"Kəpəz"in kapitanı Şəhriyar Rəhimov Sportal.az-a açıqlama verib.
Millimizin müdafiəçisinin Gəncə klubu ilə müqaviləsi başa çatıb. Gələcək karyerasından danışan 29 yaşlı futbolçu gözləmə mövqeyində olduğunu deyib:
"I Diviziona düşəcəyimiz rəsmi açıqlanmayıb. "Kəpəz"in son vəziyyətini gözləyirik. Real təklif yoxdur. Bir-iki söz-söhbət var. Konkret təklif yoxdur. Bir-iki yerdən deyiblər. Gözləyirik, görək nə baş verəcək".
Qeyd edək ki, Rəhimov bu mövsüm "Kəpəz"də 30 oyun keçirib və 4 qola imza atıb.
saytlarin hazirlanmasi