AFFA-nın baş katibi Elxan Məmmədov Topaz Premyer Liqasında sonuncu yerin tutan "Kəpəz"in elita ilə vidalaşdığını, əvəzinə I Divizionda 5-ci yeri tutan komandanın yüksək dəstəyə vəsiqə qazandığını açıqladı.
Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov Sportal.az saytına danışıb.
- "Kəpəz"in taleyi necə olacaq?
- Gözləyirik ki, "Kəpəz" Premyer Liqada qalsın. Bölgələrdə futbolun olması vacib şərtdir. Buna görə də istəyirik ki, elitada qalaq.
- Elxan Məmmədov bildirdi ki, "Kəpəz" Premyer Liqanı tərk edib...
- Əgər elə deyibsə, düzələsi nəsə yoxdur.
- Bəs sizin taleyiniz necə olacaq?
- Mənim öz taleyim bilinmir. Heç nə düşünmürəm. Dəqiq nəsə bəlli deyil.
- I Divizionda çıxış edəcək "Kəpəz"i çalışdaracaqsınız?
- Hələ bilmirəm. O baxır komandanın aşağı dəstədə çıxış edib-etməməsinə.
saytlarin hazirlanmasi