Donald Gerye "Qarabağ"ı tərk edə bilər.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında İtaliya A Seriyasında oynaya biləcəyini deyib. Gerye adını açıqlamadığı klubdan təklif aldığını deyib: "Avropanın top-5 çempionatında oynamaq mənim üçün qürur olacaq. Artıq razılığa gəlmək üzrəyik".
Qeyd edək ki, Gerye ötən mövsüm Türkiyənin "Alanyaspor" klubunda Ağdam təmsilçisinə keçib. Onun müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi