"Qaradağ-Lökbatan" I Divizionda Həbib Ağayevin rəhbərliyi altında mövsümü 2-ci pillədə tamamladı.
Mütəxəssisin paytaxt klubu ilə müqaviləsi başa çatıb. Sportal.az saytına danışan Ağayev gələcəyi barədə danışıb:
"Hələ heç nə bəlli deyil. Mövsüm başa çatdıqdan sonra istirahətdəyəm. Müqaviləm başa çatıb və xəbər yoxdu. Klubla yeni müqavilə barəsində danışmamışam. Təklif olsa, dəyərləndirəcəm. Ancaq "Qaradağ-Lökbatan"da vəziyyəti dəqiq bilməmiş başqa klubla təmasa keçməyəcəm. Mənə nə "get", nə də "qal" deyiblər. Gözləmə möveqyindəyəm. Bir az gözləmək lazımdır".
saytlarin hazirlanmasi