Əfran İsmayılov Türkiyə Super Liqasında oynayacaq?

14:52 - 26 May 2018

“Qarabağ”dan ayrılmış və hazırda klubsuz olan Əfran İsmayılov karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə oxu.az-a futbolçu verdiyi müsahibəsində bildirib:

 

“Qarabağ”dan ayrıldığımı bildikdən sonra Azərbaycan klublarından bəziləri mənimlə əlaqə saxlayıb. Onlara on gün səbir etməyi məsləhət bilmişəm. Menecerim hazırda Türkiyə Super Liqasının iki klubu ilə danışıqlar aparır. Türkiyənin I divizionundan da bir kluba keçə bilərdim. Lakin həmin komanda pley-offda Superliqaya çıxmaq şansını itirdi. Mən də çalışıram ki, götür-qoy edim. Çünki Türkiyəyə tək getməyəcəyəm, ailəmi aparmalıyam, uşaqların təhsil məsələsini düşünməliyəm. Ona görə də hərtərəfli düşünüb, qərar verəcəm”.

Xəbər xətti