Ufuk Budakdan "Qarabağ" AÇIQLAMASI

18:38 - 27 May 2018

"Smsunspor"la müqaviləm başa çatdı və ayrıldım. Hazırda gözləmə mövqeyindəyəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Ufuk budak deyib. Millimizin düşərgəsində yer alan futbolçu fikirlərini bildirib. O, yığmada dəyişikliklər olduğunu vurğulayıb:

 

"4 il öncə milliyə gəlmişdim. İndi yaxşıya doğru dəyişikliklər var. Hazırda yığmada daha çox gənclərə üstünlük verilir".

 

Budak fiziki formasını bərpa etmək üçün 6 gün "Qarabağ"ın düşərgəsində məşq edib. O, "Qarabağ"la danışıq aparmadığını bildirib: "Qurban müəllim oyun praktikamı bərpa etmək üçün məni "Qarabağ"ın düşərgəsinə dəvət etmişdi. Orda cəmi 6 gün məşq etdim. Amma "Qarabağ"la danışıqlar aparmamışam". 

 

Ufuk Budak Robert Prosineçkinin dönəmində millimizdən kənarda qalmasını belə şərh edib: "Bir dəfə onun vaxtında milliyə dəvət almışdım. Amma alınmadı. Bunu normal qarşılamaq lazımdı".

Xəbər xətti