Araz Abdullayev: "Xaricdə oynamaq istəyirəm" MÜSAHİBƏ

18:45 - 27 May 2018

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Qırğızıstan yığmasına qarşı yoldaşlıq oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Abdullayev əvvəlcə toplanış barədə fikirlərini bildirib:

 

- Qarşıda bizi 3 oyun gözləyir. Çoxu deyir, yoldaşlıq görüşləridi. Lakin bizim üçün vacib görüşlərdi. Bu oyunlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm".

 

- Kiprdə 33 oyunda şans qazansan da, klubda qalmadın. Yenidən ölkə xaricində oynamaq fikrində olduğun deyilir...

- Əlbəttə xaricdə oynamaq istəyirəm. Ölkəmi xaricdə təmsil etmək istəyirəm. Lakin “Qəbələ” ilə 6 aylıq müqaviləm var. Buna görə, indidən nəsə deyə bilmərəm.

 

- Qurban Qurbanov sənə bununla bağlı nə məsləhət verib? Adətən futbolçularımızın xaricdə oynamasını istədiyini deyir...

- Belə söhbətimiz olmayıb. Sadəcə, komanda barədə danışmışıq. Avropaya getmək barədə danışmamışıq.

 

- “Anrtosis”dən ayrılıq səbəbin nə idi? Məşqçin qalmanı istəyirdi. Bəs sən?

- Əlbəttə, qalmaq istəyirdim. Karyeramı xaricdə davam etdirmək fikrindəydim. Lakin klublar arasında bəzi problemlər oldu. “Qəbələ”nin üzvüyəm.

 

- “Anortosis”dən ayrılmağın səninlə, yoxsa “Qəbələ” ilə bağlı idi?

- Mən qalmaq istəyirdim. Ola bilsin, klublar arasında pulla bağlı problem olub. Qabaqcadan bir şey deyə bilmərəm.

 

- Kiprdə çıxış etdin. Azərbaycan çempionatı ilə bu birinciliyi müqayisə edərdin.

- Orda 6 komanda ilk üçlük uğrunda mübarizə aparır. Burda isə cəmi 8 komanda çıxış edir. Hər halda, biz də burda yetişmişik. Öz ölkəm barədə pis heç nə demək istəməzdim.

 

- APOEL-ə qarşı “Neftçi”də çıxış etmişdiz. O vaxtdan bu ölkədə nə dəyişib?

- “Anortosis” də yaxşı komandadı. Çempionatı 3-cü pillədə başa vurduq. Böyük fərq hiss etmədim. Güclü komandalardı.

Xəbər xətti