Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.
Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matçda “Qəbələ” və “Keşlə” üz-üzə gəlib. "Keşlə" 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə bu titulu qazanıb.
Cümhuriyyətimizin 100 illik yubileyi günündə keçiriləcək qarşılaşmada Azərbaycanı növbəti avrokubok mövsümündə təmsil edəcək sonuncu komandanın da adına aydınlıq gəlib. Premyer Liqada mövsümü 4-cü pillədə başa vurmuş “Zirə” avrokuboklardan kənar qalıb. Kuboka sahib olan "Keşlə" Avropa Liqasına yüksəlib.
Qarşılaşma saat 20:00-da start götürəcək.
28 may (bazar ertəsi)
Azərbaycan Kubokunun finalı
20:00 “Keşlə” – “Qəbələ” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 71
Qırmızı vərəqə: İlqar Qurbanov, 89 ("Qəbələ")
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi : Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu