Azərbaycan kubokunun finalında “Qəbələ” “Keşlə”yə 0:1 uduzaraq titulsuz qalıb.
Sportal.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk istefa verib. Kubokun finalında uduzduqları üçün Qriqorçuk bu qərarı qəbul edib.
Ukraynalı mütəxəssis 2015-ci ildən "Qəbələ"ni çalışdırırdı. "Qırmızı-qaralar" 53 yaşlı mütəxəssisin rəhbərliyi altında 2 dəfə Avropa Liqasının qrupunda çıxış edib.
saytlarin hazirlanmasi