Fariz Nəcəfov: "Azarkeşə kubok lazımdır"

22:42 - 28 May 2018

"Qəbələ" ölkə kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzaraq titulsuz qalıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərə açıqlama verib. O, oyunla və gələcək planlarla bağlı qəsa şəkildə danışıb:

 

"Belə oyunlar gərgin olur. Hər iki komanda ehtiyatlı oynadı. "Keşlə" də yaxşı futbol sərgilədi. Təəssüf ki, bir qol məsələni həll etdi. Azarkeşə kubok lazımdır. Biz də bunu əldə edə bilmədik. Bizim strategiyamız daha öncədən bəlli idi və bu matçın planlarımıza aidiyyatı yoxdur. Sabah ya da birisigün baş məşqçi ilə bağlı rəsmi açıqlama veriləcək. Yəqin ki, yollar ayrılacaq. Yeni baş məşqçinin adı hələ müəyyən deyil".

Xəbər xətti