"Qəbələ"nin keçmiş futbolçusu Roman Qriqorçuku Allaha tapşırdı: "Səni hər gün yad edirəm"

00:39 - 29 May 2018

Son mövsümü birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"ın heyətinə keçirən Ruslan Tağızadə sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın keçmiş üzvü "Qəbələ"dən ayrılan baş məşqçi Roman Qriqorçuk haqda status paylaşıb.

 

O, vaxtıyla rəhbərliyi altında oynadığı ukraynalı mütəxəssis haqda sərt sözlər söyləyib: "Qəbələ"nin məğlub olmasına görə çox üzüldüm. Amma oyundan sonra bir xəbər gördüm və buna çox sevindim. Roman, yaxşı yol. Mənim karyeramı məhv etdin. Bunu sənə kimsə çatdırsa, əla olar. Bil ki, səni hər gün yad edirəm. Ağlımdan heç vaxt çıxmayacaqsan. Səni Allaha tapşırıram".

 

Qeyd edək ki, Ruslan Tağızadə Roman Qriqorçukun gəlişindən sonra "Qəbələ"dən göndərilmişdi.

Xəbər xətti