Millimiz Qırğızıstana qalib gəldi YENİLƏNİB

21:54 - 29 May 2018

Milli komandamız bu gün yoldaşlıq görüşü keçirəcək.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi yığmamız Qırğızıstanı qəbul edəcək. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

İndiyədək 3 dəfə qırğızlarla üz-üzə gələn yığmamız iki dəfə qalib gəlib, bir dəfə isə heç-heçə edib.

 

Qeyd edək ki, millimiz Qurban Qurbanovun rəhbərliyi altında 3 yoxlama oyunu keçirib. Moldova və Makedoniya ilə heç-heçə edən komandamız Belarusa məğlub olub.

 

20:00. Azərbaycan - Qırğızıstan - 3- 0

Qol: Maksim Medvedyev, 16, Mahir Mədətov, 74, Ürfan Abbasov, 84
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı  Türkiyə)

Xəbər xətti