“Çox gözəl hisslərdi. Bu titula layiq idik. Oyunun çətin keçəcəyini bilirdik. Güclü olan qələbə qazanmalı idi. Biz də yaxşı oynadıq, qalib gəldik. Məşqçiləri, futbolçuları, azarkeşləri və rəhbərliyi təbrik edirəm. Kubok bizimdir!”
Sportal.az xəbər verir ki, bu sözləri “Keşlə”nin futbolçusu Vaqif Cavadov ölkə kubokunun finalında “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
28 yaşlı yarımmüdafiəçi məhsuldar ötürməsindən və oyunun sonlarında qaçırdığı epizoddan danışıb:
"Həmişə demişəm ki, qoldan vacib məhsuldar ötürmə verməkdir. Ötürməni verdim, qolla nəticləndi. Sevinirəm ki, qələbədə payım oldu. "Keşlə" qalib gəldi və kubok da bizim oldu"
Son zamanlar formada olan Cavadov millidən dəvət gözlədiyini deyib:
"Millidən həmişə dəvət gözləyirəm. Baş məşqçinin qərarıdır və buna hörmətlə yanaşıram. Lazım bilsələr, dəvət etsələr, oynamağa canla-başla hazıram".
saytlarin hazirlanmasi