Son mövsümün ikinci yarısını icarə əsasında "Səbail"də keçirən Slovakiyanın "Jilina" klubunun yarımmdüafiəçisi Yevgeni Koçuk açıqlama verib.
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan moldovalı futbolçu Azərbaycanda təcrübə qazandığını deyib:
"Səbail"lə müqaviləm başa çatıb və "Jilina"ya geri dönəcəm. Azərbaycana təcrübə toplama üçün getmişdim. Bakıda dostlarım var idi və icarə müddətində onların sayı artdı. Ünsiyyətlə bağlı isə problemim olmadı, çünki hamı rus dilində danışa bilir. 6 ay müddətə yaxşı təcrübə topladım. Bu mövsüm mənim üçün yaxşı oldu".
Yevgeni Koçuk bu mövsümün 12 oyununda iştirak edərək vurduğu iki qol və verdiyi qol ötürməsi ilə fərqlənib. Yevgeni komanda yoldaşlarının və məşqçi heyətinin rəyinə əsasən "Mövsümün ən yaxşı oyunçusu" seçilib.
saytlarin hazirlanmasi