Serbiyalı futbolçu Azərbaycanda oynamağa müsbət yanaşır: "Niyə də yox?!

17:23 - 29 May 2018

"Zirə"dən ayrılan Milan Duriç Sportal.az-a açıqlama verib.

 

30 yaşlı yarımmüdafiəçi yeni klubunun məlum olmadığını və Azərbaycandan gələcək təklilərə açıq olduğunu deyib:

 

"Zirə" ilə müqaviləni uzatmadım. Hazırda azad agentəm və istirahət edirəm. Yeni klubum bəlli deyil. Yenidən Azərbaycanda oynamaq? Niyədə yox?! Mən Azərbaycanda iki gözəl mövsüm keçirmişəm. Gələcəkdə nə olacağını birlikdə görəcəyik".

 

Qeyd edək ki, Duriç 2016-cı ildən "qartallar"da çıxış edir. O, cari mövsüm Topaz Premyer Liqasında 22 oyun keçirib və 5 qola imza atıb.

Xəbər xətti