"Mən Avstriyada oynamayacağam. Ora gedə də, getməyə də bilərəm".
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Ramil Şeydayev deyib. O, adının Avstriya Bundesliqa təmsilçisi "Mattersburq"la birgə hallanmasına münasibət bildirib:
"Hələlik heç bir qərar qəbul etməmişəm. Karyeramla bağlı hazırda fikir bildirə bilmərəm. İndi millinin düşərgəsindəyəm. Toplanışı psixoloji yüklənmə olmadan keçirmək, yığmada oynayaraq qol vumaq və qələbə qazanmaq istəyirəm".
Qeyd edək ki, Ramil Şeydayev müqavilə ilə Tükiyənin "Trabzonspor" klubuna məxsusdur.
saytlarin hazirlanmasi