Millinin müdafiəçisi: "Qarabağ"dan rəsmi təklif gəlməyib"

10:10 - 30 May 2018

"Komanda çox yaxşı oynadı, əla mübarizə apardıq. Düşünürəm ki, bunun bəhrəsini gördük və böyükhesablı qələbə qazandıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Rahil Məmmədov deyib. Gənc oyunçu yığmamızın heyətində Qırğızıstana qarşı keçirdiyi yoxlama görüşündən danışıb:"Rəqib yaxşı komanda idi, bizi öz meydanımızda sıxmağa çalışırdılar. Demək olar ki, bizə bəzi epzidlarda çətinlik yaratmağı bacardılar. Amma biz də öz oyunumuzu oynadıq və layiqli qələbə qazandıq".

 

"Səbail"in futbolçusu adının son ölkə çempionu "Qarabağ"la yanaşı hallanmasına münasibət bildirib: "Hələlik dəqiq bir məlumat yoxdu. Yəqin ki, bu məsələyə millinin toplanışından sonra aydınlıq gələcək. Mənə hansısa rəsmi təklif gəlməyib, amma bu barədə eşitmişəm". 

Xəbər xətti