"Zirə"də 8 ayrılıq RƏSMİ

17:24 - 30 May 2018

Topaz Premyer Liqasında 2017/18 mövsümünü başa vuran “Zirə”də bəzi ayrılıqlar reallaşıb.

 

Sportal.az xəbər verir ki, "qartallar"la müqaviləsi başa çatan Milan Duriç, Yovan Krneta, Viktor İqbekoyi, Orxan Əliyev, Aleksandr Şemonayev ilə yollar ayrılıb. Bundan başqa, icarə müddəti bitən Comal Uilyams, Yani Urdinov və Elşən Abdullayev də paytaxt klubunu tərk edib. Məlumatı klubun "facebook" səhifəsi yayıb.

 

“Zirə” göndərilən oyunçulara təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər xətti