"Neftçi" Tərlan Əhmədovla yolları ayırdı RƏSMİ

13:37 - 31 May 2018

“Neftçi” baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Müşahidə Şurasının və təsisçilərin qərarı ilə onunla müqavilə yenilənməyib.

 

Tərlan Əhmədov mövsümün əvvəlində “Neftçi”yə baş məşqçi təyin edilmişdi. Paytaxt klubu onun rəhbərliyi altında Premyer Liqada 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanmışdı.

Xəbər xətti