Fərhad Vəliyev karyerasını başa vurdu

15:49 - 31 May 2018

"Sumqayıt"la müqaviləsi başa çatan Fərhad Vəliyev Sportal.az-a açıqlama verib.

 

37 yaşlı qapıçı butsılarını mıxdan asmaq qərarına gəldiyini bildirib. İllərin təcrübəsi karyerasını məşqçi kimi davam etdirəcəyini söyləyib:

 

“Çempionatın gedişində futboldan getmək fikrim yox idi. "Sumqayıt"ın Avropa Liqası şansını əldən verməsi qərarıma təsir etdi. Fikirləşdim və getmək qərarını verdim. Məşqçi kimi çalışacam. 2 təklif almışam. Bunlardan biri "Sumqayıt"dır. Yaxın zamanda qərarımı verəcəm”.

 

Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev müxtəlif illərdə bu şəhərin "Gənclərbirliyi" komandasının da şərəfini qoruyub. O, bundan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "İnter" və "Qarabağ" klublarının da formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan qapıçı 5 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Vəliyev milli komandamızda 32 oyun keçirib.

Xəbər xətti