Azərbaycan kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqdan sonra “Qəbələ”dən ayrılan Roman Qriqorçukun yeni klubunun adına bu gün aydınlıq gələcək.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis “Astana” ilə müqavilə imzalamaq üçün Qazaxıstana yollanıb. Onunla bu gün rəsmi müqavilənin imzalanacağı gözlənilir.
Xatırladaq ki, Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan 53 yaşlı Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.
saytlarin hazirlanmasi