Roman Qriqorçuk rəsmən "Astana"da

13:35 - 1 İyun 2018

“Qəbələ”dən ayrılan Roman Qriqorçukun yeni klubunun adına rəsmən aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis “Astana” ilə müqavilə imzalayıb. 53 yaşlı mütəxəssisin bu gün təqdimetmə mərasimi keçirilib. Müqavilənin detalları barədə açıqlama verilməyib.

 

Xatırladaq ki, Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan 53 yaşlı Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.

Xəbər xətti