DÇ-2018-ə hazırlıq çərçivəsində Yunanıstanla yoxlama oyununa anlaşan İran millisinin planları pozulub. Belə ki, Yunanıstan sabah keçirilməli olan matçdan imtina edib.
Sportal.az xəbər verir ki, buna görə Yunanıstan Federasiyası ilə əlaqələrini kəsdiyini açıqlayan İran Futbol Federasiyası qarşı tərəfdən FİFA-a şikayət edəcək.
Qurumun rəsmi saytında yayılan bəyanatda deyilir ki, Yunanıstanla ləğv edilən oyun dünya çempionatındna əvvəl milli komandanın təliminə ciddi ziyan vurub.