Kamal Mirzəyev "Sumqayıt"dan ayrıla bilər.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu "Gənclik şəhəri" təmsilçisi ilə yeni müqavilənin şərtlərində anlaşma əldə edə bilmir. Bu səbəbdən U-21 millimizin sabiq üzvünün klubdan ayrılmaq ehtimalı böyükdür.
Mirzəyevin xidmətində paytaxt klubları maraqlıdır. Gənc futbolçu yekun qərarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, Mirzəyev ötən mövsüm AZAL-dan ayrıldıqdan sonra "Sumqayıt"a keçmişdi. O, "kimyaçılar"ın heyətində 23 oyun keçirib, 2 qol və 3 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi