"Hələ ki, heç bir yenilik yoxdur. Hansısa klubla danışıqlar aparmamışam, gözləyirəm".
Bu spzləri Sportal.az-a açıqlamasında "Kəpəz"dən ayrılan Davud Kərimi söyləyib. 34 yaşlı qolkiper karyerasını bitirmək niyyətində olmadığını deyib:
"Yaxşı oynayırsan, bomba kimisən" deyən adamlardan səs-soraq yoxdur. Karyeramı bitirmək fikrim yoxdur. 34 yaşındayam, davam edəcəm. Oynaya bilərəmsə, bitirmək istmərəm".
Təcrübəli qolkiper Premyer Liqa klublarından təklif almasa, I Divizion komandalarına keçə biləcəyini deyib:
"Başımdan böyük danışmaq istəmirəm. Premyer Liqa alınmasa, I Dvizionda hansısa kluba keçə bilərəm".
saytlarin hazirlanmasi