Qazaxıstan millisinin üzvü: "Azərbaycanın zəif tərəflərindən istifadə edə bildik"

10:58 - 6 İyun 2018

"Allaha şükür ki, müdafiədə etibarlı oynadıq. Qapımızdan top buraxmadıq ki, bu, çox vacib idi".

 

Sportal.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin futbolçusu Sergey Malıy deyib. Dünən “Astana Arena”da millimizlə yoldaşlıq görüşü keçirən Qazaxıstan yığması 3:0 hesablı qələbə qazanıb. "Astana"da çıxış edən 27 yaşlı müdafiəçi qarşılaşmanı belə şərh edib:

 

"Azərbaycan çox yaxşı rəqibdi. Rəqibin oyun üslubunu bilrdik, güclü tərəflərini zərərsizləşdirə, zəif tərəflərindən istifadə edə bildik. İlk hissədə daha yaxşı təsir bağışlayırdıq. Bu, tamaşaçıya görünə bilməzdi, ancaq bu gün oyun vaxtı çox bürkü idi. 35-ci dəqiqədən sonra artıq həminki vəziyyətdə deyildik. Hava çatmayanda, hərəkət etmək ağırdı. Bu, ilk hissənin sonuna yaxın özünü göstərdi. Komanda tez qolları vurandan sonra bir az “oturdu”. Nə qədər gücümüz vardı, maksimum mübarizə apardıq. Müdafiəyə ona görə çəkildik ki, hesab buna imkan verirdi".

Xəbər xətti