Almaniya millisində Özil şoku: mundialı buraxacaq?

03:41 - 7 İyun 2018

Almaniya millisi dünya çempionatına az müddət qalmış ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, millinin yarımmüdafiəçisi Məsut Özil zədələnib. "Bild"in məlumatına görə futbolçunun durumu ciddidir. 29 yaşlı futbolçunun dünya çempionatına aparılmamaq ehtimalı böyükdür. Digər ehtimala görə, o, qrupda iyunun 17-də keçiriləcək Meksika ilə ilk oyunu buraxacaq. Lakin son qərar tezliklə açıqlanacaq.

 

Qeyd edək ki, Almaniya mundialda Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti