“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”la yollarını ayıran Vüqar Bəybalayevi sıralarına qatıb. Artıq tərflər rəsmi müqaviləyə imza atıblar. Gənc yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, "Səbail" klubu daha öncə Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Orxan Əliyevi heyətinə qatıb.
saytlarin hazirlanmasi