2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Donetsk "Şaxtyor"unun üzvü Murad Xaçayevi 1 illik icarəyə götürüb.
Qeyd edək ki, Ukrayna klubunun əvəzedici komandasının formasını geyinən 20 yaşlı yarımmüdafiəçi U-21 millimizin şərəfini qoruyur.
saytlarin hazirlanmasi