"Neftçi" ilə danışıqlar aparan, lakin anlaşa bilməyən rumıniyalı məşqçi Marius Şumuditsanın yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Səudiyyə Ərəsbistanında çalışacaq. Son olaraq "Kayserispor"da işləyən Şumuditsa "Əl-Şabab" klubu ilə müqavilə bağlayıb. Tərəflər arasında iki illik sözləşmə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm Şumuditsanın rəhbərliyi altında "Kayserispor" Super Liqada 9-cu yeri tutumuşdu.
saytlarin hazirlanmasi