"Qarabağ"la müqaviləsi başa çatan Dani Kintananın yeni mövsüm çıxış edəcəyi komanda bəlli olub.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu Ağdam klubunda qalıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edir. O, 2013-15-ci illərdə "Yaqelloniya"da çıxış edib və 56 oyuna 20 qol vurub.
Dani ötən mövsüm Premyer Liqada 20 oyuna 5 qol vurub, 5 assist edib.
saytlarin hazirlanmasi