"Çətin iki oyun olacaq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. "Qarabağ" bu mərhələdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək.
İllərin təcrübəsi oyuna ciddi hazırlaşacaqlarını deyib:
"Olimpiya"nın gücü bəllidir, ölkəsinin çempionudur. Ciddi hazırlaşmalıyıq. Bu tipli qarşılaşmalarda bir səhv həlledici olur. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq".
Tərəflər arasında ilk görüş Sloveniyada, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
saytlarin hazirlanmasi